• 28 İyun 2022
logo
Rusiya Mərkəzi Bankı fövqəladə iclas keçirəcək

Rusiya Mərkəzi Bankı fövqəladə iclas keçirəcək

Rusiya Mərkəzi Bankı çərşənbə günü müəyyən edilən əsas faiz dərəcəsinin səviyyəsini nəzərdən keçirmək üçün cümə axşamı fövqəladə iclas keçirəcək.
"Reuters" xəbər verir ki, iyunun 10-na təyin edilmiş növbəti məzənnə təyinetmə iclasını keçirən Mərkəzi Bank, fövqəladə iclasdan sonra cümə axşamı əsas məzənnə bəyanatını dərc edəcək.
Fevralın sonunda faiz dərəcəsini 20%-ə qaldıran Mərkəzi Bank faizi yenidən 14%-ə endirib.
Bank çərəşənbə günü bildirib ki, ev təsərrüfatları arasında inflyasiya gözləntiləri aprel-may ayları arasında 12,5%-dən 11,5%-ə düşüb. Bu, Rusiyanın ucuz kreditləşmə ilə daralan iqtisadiyyatını gücləndirmək üçün faiz dərəcəsini daha da azaltmağa səbəb verən amildir.