• 17 May 2022
logo
Ukraynada 5 hərbçini qətlə yetirməkdə şübhəli bilinən əsgər saxlanılıb

Ukraynada 5 hərbçini qətlə yetirməkdə şübhəli bilinən əsgər saxlanılıb - FOTO 

Dnepr şəhərində hərbçi yoldaşlarını qətlə yetirməkdə və yaralamaqda şübhəli bilinən əsgər saxlanılıb.
RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə məlumatı Ukraynanın daxili işlər naziri təsdiqləyib.
O, Milli Qvardiyanın əsgərləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Şərqi Ukraynanın Dnepr şəhərində hərbçi öz əsgər yoldaşlarına atəş açaraq 5 nəfəri qətlə yetirib, daha 5 nəfəri isə yaralayıb.