• 18 May 2022
logo
Cozep Borrellin müavini Moskvada səfərdədir

Cozep Borrellin müavini Moskvada səfərdədir

Aİ Xarici İşlər Xidmətinin siyasi direktoru, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin müavini Enrike Mora Moskvaya səfər edib.
Bu barədə Aİ diplomatı "Twitter" hesabında bildirib.
"Rusiyalı həmkarlar ilə danışıqlar üçün Moskvadayam. Aİ-Rusiya arasında ikitərəfli münasibətlər, xarici siyasət məsələləri və Avropa təhlükəsizlik arxitekturası müzakirələrin gündəmində olacaq. Yanvarın 14-də Brestdə Aİ xarici işlər nazirləri tərəfindən bəyan olunan prinsiplər Aİ-nin mövqeyinin əsasını təşkil edir", - Cozep Borrellin müavini qeyd edib.