• 24 Yanvar 2022
logo
Ermənistan parlamentində əlbəyaxa dava

Ermənistan parlamentində əlbəyaxa dava - Video

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava baş verib. Erməni mediasının məlumatına görə, müxalif "Ermənistan" fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi jurnalistlərə bildirib ki, iş otağına gedərkən səs eşidib və vitse-spiker Ruben Rubenyanın kabinetində 3 müxalif deputatın hakim partiya üzvləri tərəfindən döyüldüyünü görüb. Onun sözlərinə görə, hadisə zamanı Təhlükəsizlik xidmətinin əməkdaşları orada olsalar da, olaya müdaxilə etməyiblər.