• 24 Yanvar 2022
logo
İranda daha 77 nəfər koronavirusdan ölüb

İranda daha 77 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 77 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 277 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 3356 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6137821 nəfərə çatıb.