• 23 İyun 2024
logo
İranda həftə sonu dəyişdi: şənbə “bazar” oldu...

İranda həftə sonu dəyişdi: şənbə “bazar” oldu...

Mayın 15-də İran parlamentində həftənin tətil və iş günlərinin yerlərinin dəyişdirilməsi barədə qanun təsdiqlənib.

Baymedia.az xəbər verir ki, İran parlamentinin qərarına əsasən, cümə və şənbə günləri ölkədə rəsmi tətil günləri elan edilib.

“Şənbə gününün tətil olması iqtisadi baxımdan ölkə üçün çox faydalıdır və ölkənin digər ölkələrlə beynəlxalq əlaqələrində böyük rol oynacaq”, - qanunun müzakirəsində bildirilib.

Qeyd edək ki, İranda həftənin cümə axşamı və cümə günləri tətil, şənbə isə həftənin ilk iş günü idi. Cümə axşamının tətil olması beynəlxalq ticarət əlaqələri baxımından ölkəyə ildə 8 milyard dollar zərər vurub.