• 19 May 2024
logo
Ukrayna 99 hərbçinin meyitini geri qaytardı

Ukrayna 99 hərbçinin meyitini geri qaytardı

Ukrayna və Rusiya arasında həlak olmuş hərbçilərin meyitlərinin mübadiləsi baş tutub.

Baymedia.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahı məlumat verib.

Məlumata görə, Ukrayna tərəfi həlak olmuş 99 hərbçinin meyitini geri qaytarıb. Rusiyaya isə 23 rus hərbçinin meyiti təhvil verilib.