• 23 Aprel 2024
logo
Süngün mis mədəninin işçiləri döyülüb

Süngün mis mədəninin işçiləri döyülüb

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Süngün mis mədəninin etirazçı işçilərinə qarşı xüsusi dəstə yaradan şirkət rəhbərliyi onların döyülməsinə göstəriş verib.
İran Azad Həmkarlar Birliyinin verdiyi məlumata görə, “Ahənacin” şirkətinin işçisi olan Qurban İsgəndərzadə iyunun 24-də şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən döyülüb.
Ciddi bədən xəsarətləri alan işçi Əhər şəhərinin “Baqir ül-Ulum” xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra mədən işçiləri işi dayandıraraq etiraz aksiyası keçirib və şirkət rəhbərliyinin həmkarlarına qarşı zorakılığa görə məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Qeyd edək ki, Süngün mis mədəni şirkətlər qrupuna daxil olan “Ahənacin” şirkətində 700 işçi çalışır.
Onlar bir il yarım bunda öncədən əmək haqlarının aşağı olmasına etiraz olaraq aksiya keçirib.
Aksiyalarda əmək haqlarının ödənilmədiyini vurğulayan fəhlələr sığorta xidmətlərindən istifadə edə bilmədiklərini bildiriblər.
Gunaz.tv