• 28 İyun 2022
logo
Türkiyə XİN başçısı: “Ukraynada müharibənin bitməsi üçün səy göstərməliyik”

Türkiyə XİN başçısı: “Ukraynada müharibənin bitməsi üçün səy göstərməliyik”

“Bir tərəfdən Ukraynaya NATO çərçivəsində dəstək verilir, amma digər tərəfdən də müharibənin bitməsi üçün səy göstərməliyik”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində baş tutan NATO ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi iclasından sonra mətbuat konfransında deyib.
O qeyd edib ki, iclasda Ukraynanın gözləntiləri, tələb etdiyi təhlükəsizlik zəmanətləri müzakirə olunub: “Təbii ki, Ukraynada humanitar vəziyyət getdikcə pisləşir, bundan xəbərsiz deyilik. Türkiyə bir tərəfdən atəşkəsin təmin edilməsi, digər tərəfdən humanitar vəziyyətlə bağlı səylər göstərir. Türkiyə son dəfə isə 600 şəxsin mülki şəxsin təxliyəsi mövzusunda son dəfə asanlaşdırıcı rol oynadı”.