• 27 May 2022
logo
Çavuşoğlu: "Ukrayna məsələsində ABŞ ilə Rusiyanın dialoqu həlledici olacaq"

Çavuşoğlu: "Ukrayna məsələsində ABŞ ilə Rusiyanın dialoqu həlledici olacaq"

'Ukrayna məsələsində ABŞ və Rusiya arasındakı dialoq həlledici olacaq. NATO indi ilk olaraq Rusiyaya şifahi cavab verdi, Rusiyanın təklifləri var idi. İndi isə yazılı şəkildə cavab veriləcək'.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə münasibət bildirərkən deyib.
O qeyd edib ki, sözügedən ölkələr arasında gərginlik hələ də davam edir: ‘Vəziyyət hələ də ciddidir. Əlaqələrimizi davam etdirəcəyik. Bu yolla gərginliyi azaltmağa ümid edirik’, - deyə o bildirib.