• 26 Aprel 2024
logo
Türkiyə ilə Qətər arasında 12 müqavilə imzalanacaq

Türkiyə ilə Qətər arasında 12 müqavilə imzalanacaq

“Qətərlə hər sahədə mükəmməl və müstəsna əlaqələrə sahibik. Xüsusilə müdafiə, səhiyyə, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək niyyətindəyik”.
Bunu Qətərdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd Abdulrəhman əl-Sani ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
M.Çavuşoğlu deyib ki, sabah Dohada keçirilən Türkiyə-Qətər 7-ci Yüksək səviyyəli Strateji Komitə toplantısında iki ölkə xarici işlər nazirlərin ortaq bəyanatı da imzalanacaq.
Tədbirdə bildirilib ki, Türkiyə ilə Qətər arasında indiyədək 80-dək müqavilə imzalanıb, sabahkı toplantıda da 12 müqavilənin imzalanması nəzərdə tutulub.