• 25 Aprel 2024
logo
Türkiyədə leysan nəticəsində evləri su basıb, qaya parçaları yolları bağlayıb

Türkiyədə leysan nəticəsində evləri su basıb, qaya parçaları yolları bağlayıb

Türkiyədə Muğla bölgəsinə aid Bodrum və Marmarisdə leysan yağışlar nəticəsində bəzi məhəllələri su basıb.
Anadolu agentliyi bildirir ki, leysan nəticəsində Mazı Məhəlləsində dərə daşıb və qaya parçaları yollara aşaraq, hərəkəti dayandırıb. Bölgədəki əkin əraziləri də su altında qalıb.
Səlahiyyətli şəxslər evlərin leysan sularından təmizləməyə, yolları açmağa başlayıblar.