• 27 İyul 2024
logo
Gənc basketbolçu NBA əfsanələrinin rekordunu təkrarlayıb

Gənc basketbolçu NBA əfsanələrinin rekordunu təkrarlayıb

Milli Basketbol Assosiyasiyasında (NBA) mübarizə aparan “San Antonio Spörs”ün oyunçusu Viktor Vembanyama yeni rekorda imza atıb.

Baymedia.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı fransalı oyunçu “Toronto Raptors”la görüşdə NBA tarixində bir oyunda 27 xal, 14 ribaund, 10 blok zərbəsi və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Venbanyama turnirdə bunu bacaran edən 5-ci oyunçu olub.

Daha əvvəl Hakeem Olacuvon, Kərim Əbdül-Cabbar, Ralf Sampson və David Robinson eyni uğura imza atıblar.

Qeyd edək ki, oyun “San Antonio Spörs”ün 122:99 hesablı qələbəsi ilə yekunlaşıb.