• 24 Sentyabr 2026
logo
"Səudiyyə Ərəbistanı Krallığı qlobal miqyasda mühüm və nüfuzlu dövlətdir"

"Səudiyyə Ərəbistanı Krallığı qlobal miqyasda mühüm və nüfuzlu dövlətdir"

Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə bu ölkənin Bakıdakı Səfirliyi rəsmi qəbul təşkil edib.

Səfir İssam bin Saleh əl-Cuteyl çıxış edərək ölkəsinin keçdiyi tarixi yoldan və inkişafından danışıb.

"Bu gün mərhum Əlahəzrət Kral Əbdüləziz bin Əbdürrəhman Al Səud tərəfindən Səudiyyə Ərəbistanı Krallığının - Allahın izni ilə - birləşməsinin ildönümüdür. Belə anlarda dil, duyğuları təsvir etməkdə aciz qalır, çünki vətən sevgisi, deyilən söz və ya ifadələrdə deyil, müdrik rəhbərlik (Allah hifz etsin! ) və vətəndaş arasında paylaşılan sonsuz duyğu və fədakarlıqlardır".

Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat xatırladıb ki, Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı münasibətlərin tarixi 1991-ci ildən başlayıb. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutması sayəsində hazırda müxtəlif sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunur: "Hal-hazırda, biz Hökumətlərarası Birgə Komissiya və Səudiyyə Ərəbistanı - Azərbaycan Birgə İşgüzar Şurası vasitəsilə ticarət və investisiya mübadiləsinin həcminin artırılması istiqamətində çalışırıq. Eyniylə, siyasi sahədə də Siyasi Məsləhətləşmələr Komissiya vasitəsilə iki ölkənin və xalqların ortaq maraqlarına xidmət edən koordinasiya mövcuddur. Qarşıdakı dövrdə, Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasında investisiya və ticarət dövriyyəsinin həcmini qısa bir müddət ərzində iki dəfə artıracaq bir çox ortaq imkanlar mövcuddur".

Səudiyyə Ərəbistanı Krallığı qlobal miqyasda mühüm və nüfuzlu dövlətdir. O, G20 (Böyük İyirmilik) qrupunun üzvü , qlobal enerji bazarlarında təsirli gücdür, həmçinin qlobal iqtisadi sabitliyin dəstəklənməsində və enerji təhlükəzliyinin möhkəmləndirilməsində öz liderliyini davam etdirir. Bununla yanaşı, "Yaşıl Səudiyyə" və "Yaşıl Yaxın Şərq" təşəbbüsləri vasitəsilə ətraf mühitin mühafizəsində mühüm rol oynayır ki, bu da onun davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərinə sadiqliyinin təcəssümüdür. Krallıq investisiya və turizm üçün qlobal bir məkana çevrilib, çoxsaylı nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi edir və ölkə daxilində davamlı inkişaf və innovasiyanın gələcəyini əks etdirən etdirən qabaqcıl strateji layihələrə başlayıb.

Həmçinin, Krallıq regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsində etibarlı tərəfdaş, və bir çox humanitar təşəbbüslərdə və sülh səylərində fəal vasitəçi, eləcə də ehtiyacı olan ölkə və xalqalara humanitar yardımlar göstərilməsində lider rol oynayır. Bölgədəki mövcud vəziyyətə baxmayaraq, Səudiyyə Ərəbistanı iqtisadiyyatı (Allaha həmd olsun olsun!) sabitliyini qoruyub saxlayıb və inkişaf templərini yüksəldib. Bu, Allahın lütfü və müdrik rəhbərliyin səyi və onların böhranların idarə olunmasında və həlli istiqamətindəki uzaq görən vizyonu sayəsində Səudiyyə iqtisadiyyatının dayanıqlılığının sübutudur. Krallığın müxtəlif sahələrdə əldə etdiyi tərəqqi dünyanı heyran qoymuş və sübut etmişdir ki, Vizyon 2030 strategiyası sadəcə bir xəyal deyil , hər gün reallaşan bir gerçəklikdir.

Səudiyyə Ərəbistanı Krallığını xüsusi olaraq səciyyələndirən cəhət, beynəlxalq müstəvidə gedən inkişafla ayağlaşmaqla yanaşı resurslarımızdan səmərəli istifadə edərək vətəndaşlarımızın rifahını yüksəltmək, eyni zamanda da, ərəb və islam dəyərlərimizi qoruyub saxlamaq bacarığımızdır. Səudiyyə Ərəbistanı Krallığı İslam dünyasına və müsəlmanlara xidmət etmək üçün İki Müqəddəs Məscidə və müqəddəs məkanlara ən ali səviyyədə diqqət və qayğı göstərir və bu da, yerinə yetirməkdən qürur duyduğumuz böyük şərəf olmaqla yanaşı , müdrik rəhbərliyimizin (Allah hifz etsin!) siyasətinin əsas sütunlarından birini təşkil edir.

"Mən fürsətdən istifadə edərək, Zati-aliləri Prezident İlham Heydər oğlu Əliyevə xoşbəxtlik və möhkəm can sağlığı, eləcə də qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzulayıram.

Sonda, bu xoş münasibətlə öz adımdan və səfirlikdəki həmkarlarım adından İki Müqəddəs Ocağın Xadimi Əlahəzrət Kral Salman bin Əbdüləziz Al Səud və Vəliəhd, Baş Nazir Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda )Allah onları hifz etsin!) və bütün Səudiyyə Ərəbistanı vətəndaşlarına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun"!

Azərbaycan hökuməti adından Səudiyyə xalqını və dövlətini bayram münasibətilə təbrik edən Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid, turizm və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərin davam etdirilməsinə sadiqliyi ifadə edib.

S.Şərifov bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında yaradılmış Hökumətlərarası Birgə Komissiya müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayır. Komissiya dövlət başçılarının əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı verdikləri tapşırıqların həyata keçirilməsini təmin edən səmərəli mexanizmlərdən biridir.

Baş nazir hazırda Komissiyanın növbəti iclasına hazırlıq mərhələsində olduqlarını deyib. Bildirib ki, bu ilin sonunadək Azərbaycan tərəfinin ev sahibliyi ilə keçirilməsi nəzərdə tutulan 9-cu iclas əməkdaşlığın keyfiyyətcə yeni məzmunla zənginləşdirilməsinə töhfə verəcək.

O, Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə qardaş Səudiyyə xalqına davamlı sülh, təhlükəsizlik, tərəqqi və firavanlıq arzulayıb, ölkələrimiz arasında mövcud dostluq və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Tədbir sonda bədii hissə ilə davam edib.