• 3 Sentyabr 2026
logo
Deputat Azər Allahverənov ictimai fəallarla görüşüb

Deputat Azər Allahverənov ictimai fəallarla görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov diaspor məsələləri üzrə tədqiqatçı-ekspert Elnur Eltürk və Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovla görüş keçirib.
Görüş zamanı Avropa ölkələrində yaşayan azərbaycanlıların diaspor fəaliyyəti və bu sahədə həyata keçirilməsi vacib hesab olunan bir sıra tədbir və təşəbbüslər ətrafında müzakirələr aparılıb.
Azər Allahverənov QHT Platformasının fəaliyyəti, Türk dünyası dövlətləri arasında əlaqələrin inkişafı və vətəndaş cəmiyyəti institutları tərəfindən bu istiqamətdə həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Kürdəxanı qəsəbəsi sakini olan Vüqar Abbasov görüş zamanı qəsəbə və bütövlükdə Sabunçu rayonu ilə bağlı müxtəlif məsələlər, o cümlədən yol və küçələrin vəziyyəti və digər sosial-məişət məsələlər barədə danışıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.