• 28 Sentyabr 2026
logo
Baş prokuror: Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar

Baş prokuror: Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar

"Əldə edilmiş tarixi Zəfərin məntiqi davamı olaraq, güclü siyasi iradənin nümayiş etdirilməsi və şəhidlərimizin qanı və canı bahasına 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edilib, ölkəmizdə separatizmə son qoyulub. Prokurorluq əməkdaşları istər müharibə dövründə, istərsə də müharibədən sonrakı mərhələdə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə və infrastruktura vurulmuş ziyanın, habelə törədilmiş digər cinayətlərin müəyyən edilməsi, araşdırılması və ictimaiyyətə çatdırılması istiqamətində var qüvvələri ilə çalışıblar".

APA xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Kamran Əliyev deyib ki, həmin işlər üzrə təqsirləndirilən şəxslərə prokurorluğun iştirakı ilə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.