Sabah Azərbaycanda hava necə olacaq?
Noyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda 0-4°şaxta, gündüz 8-13° isti olacaq.