• 27 İyul 2024
logo
Azərbaycan Premyer Liqası: Bu gün XXII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Bu gün XXII tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.

Baymedia.az xəbər verir ki, son oyun günündə üç matç keçirləcək.

Əvvəlcə meydana "Turan Tovuz" və "Qəbələ" komandaları çıxacaqlar. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 15:00-da start götürəcək.

Növbəti oyun "Zirə" və "Sumqayıt" arasında olacaq. Zirə İdman Kompleksində baş tutacaq matç saat 17:15-də başlayacaq.

Günün son oyunu Mərdəkanda təşkil olunacaq. "Araz-Naxçıvan" "Dalğa Arena"da "Neftçi"ni qəbul edəcək. Qarşılaşmanın start fiti 19:30-da çalınacaq.

Turun əvvəlki oyunlarında "Qarabağ" və "Sabah" komandaları 3:3 hesablı sülhə razılaşıblar, "Səbail" isə səfərdə "Kəpəz"i məğlub edib – 4:1.