• 3 Mart 2024
logo
Vadim Vasilyev insult keçirdi

Vadim Vasilyev insult keçirdi

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev insult keçirib.

Bu barədə Baymedia.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Hadisə ötən həftəsonu baş verib.

AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir.

Onun vəziyyətinin sabit olduğu və yaxın vaxtlarda palataya köçürüləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna 2 qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.