• 19 Aprel 2024
logo
Türkiyə millisinin futbolçusu Rusiya klubu ilə anlaşıb

Türkiyə millisinin futbolçusu Rusiya klubu ilə anlaşıb

Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı “Lill”dən ayrılır.
24 yaşlı yarımmüdafiəçinin yeni klubu da artıq məlumdur.
Liqa1 klubunda əsas heyətə düşməkdə çətinlik çəkən Yusuf Moskva MOİK-i ilə anlaşıb. Rusiya təmsilçisi onu mövsümün sonuna qədər icarəyə götürəcək. Tərəflər arasında anlaşmaya əsasən, ruslar bu keçid qarşılığında “Lill”ə pul ödəməyəcək. Ancaq MOİK mövsümün sonunda onu yalnız 12 milyon avroya transfer edə bilər.
Qeyd edək ki, Yusuf Yazıcı bu mövsüm “Lill”in heyətində keçirdiyi 22 oyunda ümumilikdə 671 dəqiqə meydanda olub.