• 28 Noyabr 2021
logo
“Traxtur” vacib qələbə: Təbriz klubu "Şəhri Xodro”nu məğlub etdi

“Traxtur” vacib qələbə: Təbriz klubu "Şəhri Xodro”nu məğlub etdi

Noyabrın 24-də Futbol üzrə İran Premyer Liqasının altıncı həftəsinin oyunları çərçivəsində Təbrizin “Bonyan Dizel” stadionunda keçirilən görüşdə “Traxtur” komandası Məşhəd şəhərinin “Şəhri Xodro” koandası ilə qarşılaşıb.
Oyunun son dəqiqələrinə kimi qarşılaşmada hesab açılmayıb. 82-ci dəqiqədə meydana girən “Traxtur”un hücumçusu Məhəmməd Abbaszadə oyunun taleyini dəyişib.
83-cü dəqiqədə o, rəqib komandasına vurduğu qolla komandasına 3 xal qazandırıb.
Bununla da Təbriz komandası turnir cədvəlində iki pillə irəliləyərək 10-cu yerdə qərarlaşıb.
Bu “Traxtur” komandasının xorvatiyalı baş məşqçi Zvonimir Soldonun rəhbərliyi altında keçirdiyi ikinci görüşdür.
Bundan öncə noyabrın 19-unda İsfahanın "Nəqşi Cahan" staduonunda “Sepahan” komandası ilə baş tutan oyun heç-heçə başa çatmışdı.
Gunaz.tv