• 29 Mart 2024
logo
Abşeronun bu qəsəbələrində su kəsildi

Abşeronun bu qəsəbələrində su kəsildi

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Bu barədə Baymedia.az-a Azərsu ASC-dən bildirilib.
Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.