• 2 Dekabr 2022
logo
Koronaya yoluxanların sayı azaldı

Koronaya yoluxanların sayı azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Baymedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 420 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 339 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 938, bu günə qədər isə ümumilikdə 7 234 280 test icra olunub.