• 26 Aprel 2024
logo
PA rəsmisi: "Növbəti hədəflərimizdən biri su təminatı üzrə tərəfdaşlıqdır"

PA rəsmisi: "Növbəti hədəflərimizdən biri su təminatı üzrə tərəfdaşlıqdır"

Bizim növbəti hədəflərimizdən biri su təminatı üzrə tərəfdaşlıqdır.
Bunu Prezident Administrasiyasının Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı bu gün Zəngilanın Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycan Ermənistanın su ehtiyatlarını çirkləndirməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib:
“Xarici şirkətlər də bu çirkləndirmədə iştirak ediblər. Bununla bağlı da aidiyyəti beynəlxalq təşkilatlara müraciət etdik, amma hələ bir xəbər yoxdur. Su ehtiyatlarımızın 20 faizi işğaldan azad olunmuş ərazilərdədir. Biz su infrastrukturunun bərpası ilə bağlı fəaliyyətlərimizi davam etdiririk. Bununla bağlı hesabatlar hazırlanır. Birləşmiş Millətlər Təşkilatının ətraf mühitin qorunması üzrə proqramı işğal dövründə vurulan ekoloji zərərin aradan qaldırılmasında öz töhfəsini verəcək”.
PA rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan bölgəni inkişaf etdirmək niyyətindədir.