• 29 Mart 2024
logo
Səhiyyə Nazirliyi: Azyaşlılarda zəhərli zob üstünlük təşkil edir

Səhiyyə Nazirliyi: Azyaşlılarda zəhərli zob üstünlük təşkil edir

“Zərərli vərdişlər - siqaret çəkmək və alkaqol qəbulu qalxanabənzər vəzin funksiyasını pozur. Hətta zəhərli zobun müalicəsi siqaret çəkənlərdə olduqca çətinlik yaradır”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov deyib. Onun sözlərinə görə, qalxanabənzər vəzi xəstəliyinin yaşı xeyli cavanlaşıb:
“Hətta 6-7 yaşlı uşaqlarda da bu xəstəliyə rast gəlirik və çox təəssüf ki, bu yaşda azyaşlılarda zəhərli zob üstünlük təşkil edir. Quba, Qəbələ, Qax bölgəsində yaşayan insanlarda yod çatışmazlığı nəticəsində bu xəstəliyə daha çox rast gəlinir. Hətta apardığımız tədqiqatların bir hissəsi olaraq orada yaşayan uşaqları ultrasəs müayinəsi etdik. Bu ərazilərdə yaşayan məktəb yaşındakı uşaqların çox hissəsində qalxanabənzər vəzi düyümlərinə rast gəldik”.