• 18 Aprel 2024
logo
İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşı artılıb

İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşı artılıb

İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı artılıb.
Bununla bağlı Nazirlər Kabineti “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib.
Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manatdan 1070 manata qaldırılıb.
Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.