• 17 Yanvar 2022
logo
Yanvarın 16-da hava yenidən pisləşəcək, qar yağacaq, yollar buz bağlayacaq

Yanvarın 16-da hava yenidən pisləşəcək, qar yağacaq, yollar buz bağlayacaq - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşam, 15-i gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-sı axşamdan 17-si axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var. Fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.
Azərbaycanın rayonlarında yanvarın 14-ü axşam, 15-i gün ərzində gözlənilən fasilədən sonra 15-i axşamdan 16-sı gündüzədək bəzi yerlərdə, 16-sı axşamdan 17-si axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq.
Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.
***
11:43

“Yanvarın 16-sı axşam saatlarında, 17-si gündüzədək ölkə ərazisindən növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bununla əlaqədar ölkə ərazisində yağıntılı hava şəraiti olacaq: “Prosesin intensivliyi haqqında daha dəqiq məlumat yaxın günlərdə veriləcək”.