• 6 Dekabr 2021
logo
“Uğursuz qərarlardan biri TƏBİB-in yaradılması olub”

“Uğursuz qərarlardan biri TƏBİB-in yaradılması olub”

Qüdrət Həsənquliyev: “Ya Səhiyyə Nazirliyi ləğv olunmalıdır, ya da bu iki qurum yenidən bir araya gətirilməlidir”

“Mənim Əhliman müəllimə (Əhliman Əmiraslanov) sualım nədən ibarətdir? Həmkarlarım da bu barədə çıxış elədi. Hamımız görürük ki, 20 il ərzində icbari tibbi sığortanın tətbiqində ciddi problemlər var”. Bunu parlamentin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, TƏBİB yaradıldı, amma o da özünü doğrultmadı: “Bu sahədə ikili rəhbərlik mövcuddur. Niyə səhiyyədə olan şəxslər özlərində güc tapıb Cənab Prezidentə məruzə eləmirlər ki, bu bizim bacardığımız iş deyil. Bizə məsləhətlər lazımdır, xaricdən bu sahəni bilən güclü mütəxəssislərin dəvət olunmasına ehtiyac var. Yəni burada utanılası bir şey yoxdur. Xaricdən mütəxəssislər dəvət olunmalıdır və bu sahə qurulmaldır. Bu sahədə bizə kömək lazımdır. Hesab edirəm ki, hələ uzun illər bu cür davam edəcəyi təqdirdə nöqsanlar qalacaq. İslahatlar zamanı bəzən uğursuz qərarlar da olur. Hesab edirəm ki, uğursuz qərarlardan biri TƏBİB-in yaradılması olub. Ya Səhiyyə Nazirliyi ləğv olunmalıdır, ya da bu iki qurum yenidən bir araya gətirilməlidir, vahid bir baş olmalıdır. Açıq aydın görürük ki, bu sahədə ikibaşlı idfarəetmə özünü doğrultmur. Mən çox istəyərdim, Əhliman müəllim desin ki, daha neçə 20 il biz bu sahədə ciddi iş şəraitinin yaranmasını görəcəyik”.

Əli Zülfüqaroğlu