• 27 İyul 2024
logo
“Dövlətimiz dünya səviyyəli bu böyük tədbiri yüksək səviyyədə təşkil edəcək”

“Dövlətimiz dünya səviyyəli bu böyük tədbiri yüksək səviyyədə təşkil edəcək”

Zeynal Əmrəliyev: “Bu Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq”

Bu il Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək. Bu mötəbər tədbirin Azərbaycanda baş tutması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Tədbirin ölkəmizə nə qazandıracağı ilə bağlı ekspertlər “Xalq Cəbhəsi”nə fikirləırini bölüşüblər.
Politoloq Zeynal Əmrəliyev “Xalq Cəbhəsinə” bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin dünyada ekoloji təhlükəsizliyə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Z.Əmrəliyevin fikrincə, ölkəmizin qlobal əhəmiyyətli tədbirlərə ev sahiblik etməsinin təcrübəsi böyükdür: “Azərbaycan dəfələrlərlə qlobal tədbirlərə ev sahiblik edib. Bu yöndə ölkəmizin təcrübəsi böyükdür. Azərbaycan artıq qlobal məsələlərdə söz sahibidir. Ölkəmiz qlobal ekoloji samitə ev sahibliyi etməklə dünyaya bir daha öz gücünü göstərəcək. Azərbaycan ekoloji problemlərdən ən çox əziyyət çəkən ölkədir. Ermənistanın təcavüzü nəticəsində uzun illər boyu ölkəmiz ekoloji terrora məruz qalmışdır. Çaylarımız çirkələndirilib, meşələrimiz talan edilib. Çox təəsüflər olsun ki, beynəlxalq birlikdə bu məsələdə sakit durmağı üstün tutub. Bu gün də Ermənistan etdiyi bu cinayətlərə görə öz cəzasına çatmayıb. Azərbaycan məhz bu kimi halların digər ölkələrin başına gəlməməsi üçün bu qlobal tədbirdə əsas aparıcı qüvvə rolunu öz üzərinə götürüb”. Ekspert əlavə edib ki, cənab prezidentin Sərəncamı ilə COP29-un keçirilməsi ilə bağlı işçi qrupu yaradılıb: “Hazırda tədbirə yüksək səviyyədə hazırlıq işləri görülür. Bu tədbirin ölkəmizdə keçirilməsi həm də Azərbaycana böyük turist axınına səbəb olacaq. Bu Azərbaycanda iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində ölkəmizə xeyli sayda iş adamları, biznesmenlər iştirak edəcəklər. Bu imkan verəcək ki, həmən şəxslər Azərbaycanın iqtisadi imkanları ilə tanış olsunlar. Bu həm də Azərbaycana böyük investisiya axını deməkdir. Xüsusilə işğaldan azad edilmiş torpaqlarda bununla bağlı çox geniş imkanlar var. COP 29 - un Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaq baxımından da önəmlidir. Bu tədbirdə xeyli sayda qonaq iştirak edəcək. Bu şəxslər Azərbaycanın başına gətirilən o müsibətləri canlı şəkildə görəcəklər. Ölkəmizin haqq işini dünyaya çatdırmaq üçün bundan gözəl fürsət ola bilməz. Bu tədbirin Bakıda keçirilməsi hər baxımından Azərbaycanın böyük uğurudur. Şübhəsiz ki, dövlətimiz dünya səviyyəli bu böyük tədbiri yüksək səviyyədə təşkil edəcək. Bu Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq”.

Azərbaycana göstərilən növbəti böyük etimad

Siyasi şərhçi Elşad Paşasoy bildirdi ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Onun fikrincə, beynəlxalq konfransın Bakıda keçirilməsi ölkəmizin uğurudur: “Bu qərarı bütün dünya ölkələrinin qəbul etməsi Azərbaycana növbəti dəfə böyük etimad və hörmətdir. Azərbaycanın əleyhinə olan mərkəzlərin xüsusilə Qarabağ Zəfərimizdən sonra ölkəmizə qarşı hər cür qaralama kampaniyalarını davam etdirdikləri halda, ölkəmizə göstərilən etimad həm də o məkrli paytaxtlara zamanında beynəlxalq müstəvidə verilmiş cavab oldu. On illərlə sürmüş işğalın nəticələrini təkbaşına ortadan qaldırmaqla, BMT Təhlükəsizlik Şurasının ayaq altı edilmiş qətnamələrinin icrasına nail olmaqla, heç kəsdən yardım ummadan yenə də təkbaşına, özünə güvənərək azad olunmuş bölgələrini dirçəltməklə özünü bir daha təsdiq etmiş Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Bu, məhz qalib ölkə olmağın məntiqi nəticəsidir, məğlublarla kimsə hesablaşmır.
Baxmayaraq, ki, Azərbaycan hələ işğalın davam etdiyi dönəmdə də qaliblərdən geri qalmırdı, ölkəmiz ən müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etməklə varlığını nümayiş etdirirdi. Amma ərazi bütövlüyümüzün tam təmin olunmasından, separatçılığın kökünün kəsilməsindən sonra bu kimi beynəlxalq tədbirlərin öz yeri və rolu var. Xüsusilə də azad edilmiş Qarabağı, Şərqi Zəngəzuru həm də turizm ünvanı, yaşıl enerji mənbəyinə çevirməyi, on illər boyunca talan edilmiş sərvətlərimizi təkcə Vətən övladlarının deyil, həm də bəşər övladlarımızın rifah ünvanına çevirməyi hədəfləyən Azərbaycanın COP29 törənlərinə sahib çıxması tarixi hadisədir”.
E.Paşasoyun sözlərinə görə, bu hadisənin önəmi, həm də ondadır ki, varilən qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib: “Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Yəni, burada yekdil mövqe bir daha özünü göstərib. Ancaq bu nəticə asanlıqla qazanılmayıb. Çünki antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürüblər. Heç şübhəsiz, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Amma Fransa bununla barışmaq fikrində deyil, amma onlar da buna məcbur olacaqlar. Heç şübhəsiz, barışacaqlar, çünki Azərbaycanın regiondakı rolu və yeri danılmazdır, bunu bir sıra hallarda bizə düşmən münasibəti bəsləyənlər də etiraf edirlər”.

Əli