• 17 Aprel 2024
logo
Putin: Azərbaycanla müttəfiqlik və strateji əlaqələr...

Putin: Azərbaycanla müttəfiqlik və strateji əlaqələr...

Rusiya-Azərbaycan arasında əməkdaşlıq xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 12-ci Rusiya-Azərbaycan regionlararası forumunda çıxışı zamanı deyib.

“Regional əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin mühüm tərkib hissəsidir, xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir, qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarını genişləndirir, hər iki ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına şərait yaradır”, - o bildirib.

Putin qeyd edib ki, yaxşı ənənəyə çevrilmiş görüşlər regionlararası qarşılıqlı fəaliyyətin aktual məsələləri üzrə dövlət orqanları ilə ictimaiyyət, elm və işgüzar dairələrin nümayəndələri arasında birbaşa dialoqu təmin edir:

“Forumun gündəliyi həmişə olduğu kimi bu il də həcmli və mənalıdır. Sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafının müxtəlif aspektləri, kiçik və orta biznesə dəstək, ətraf mühitin mühafizəsi üzrə birgə layihələr diqqət mərkəzindədir”.