• 19 Mart 2024
logo
XİN-dən Kənaninin Bayramovla bağlı iddialarına cavab

XİN-dən Kənaninin Bayramovla bağlı iddialarına cavab

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində bu ölkənin XİN başçısı ilə birgə keçirdiyi mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib.
Baymedia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin martın 31-də İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavabında deyib.
“Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 31 mart tarixində açıqladığı iddialarla əlaqədar mətbuat katibinə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın.
Xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk.
Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib”, - XİN sözçüsü bildirib.