• 19 Mart 2024
logo
Bayramovdan sonra İsrailə təcili zəng: İranla bağlı kritik qərar hazırlanır?

Bayramovdan sonra İsrailə təcili zəng: İranla bağlı kritik qərar hazırlanır?

ABŞ Dövlət katibi Entoni Blinkenlə İsrail xarici işlər naziri Eli Kohen arasında telefon danışığı baş tutub.
Baymedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb.
Məlumata görə, telefon danışığı zamanı Blinkenlə Kohen ikitərəfli məsələləri, həmçinin İranı müzakirə ediblər. Bundan başqa, İsrailin regional inteqrasiyasının güclənməsi məsələsi tərəflərin gündəmində olub.
Qeyd edək ki, İsraildə başlayan genişmiqyaslı etiraz aksiyaları Vaşinqtonla Təl-Əviv arasında gərginlik yaratmışdı. Xüsusilə ABŞ Prezidenti Cozef Baydenin Baş nazir Benyamin Netanyahunu İsrailə dəvət etməkdən imtina etməsi, eləcə də dolayı yolla onu istefaya çağırması vəziyyəti bir qədər də gərginləşdirmişdi.
Daha sonra İsrailin rəsmi Tehranla bağlı çağırışları artmış, eləcə də İranla ABŞ arasında Suriyada toqquşma pik həddə çatmışdı. Üstəlik, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşən İsrail rəsmiləri məhz bu hadisələrin fonunda İranla bağlı artıq sərt qərarların verilməsinin vaxtının çatdığının mesajını vermişdilər.