• 20 Aprel 2024
logo
“İranda rejimlər dəyişsə də, azərbaycanlılara olan düşmən münasibət davam edir”

“İranda rejimlər dəyişsə də, azərbaycanlılara olan düşmən münasibət davam edir”

“İran İslam Respublikası adlanan qurama dövlətdə rejimin Vətənimizin cənubunda soydaşlarımıza qarşı törətdiyi qanlı əməlləri, ölkəmizə qarşı düşmənçilik hərəkətləri, ərazimizə terrorçuları göndərməsi göstərir ki, bu ölkə ərazicə böyük olduğundan masa arxasında otura bilmir, namünasibdir, rəhbərləri isə soydaşlarımızın hüquqlarını təmin etmək məqsədilə islahatlar aparmaq iradəsində və təfəkküründə deyil”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri millət vəkili Musa Qasımlı qeyd edib. O, əlavə edib ki, İranda rejimlər dəyişsə də, azərbaycanlılara olan düşmən münasibət davam edir: “Bəs çıxış yolu nədir? Nə etməli və necə etməli? İlk növbədə, tarixin təcrübəsinə nəzər yetirmək gərəkdir. Tarixən belə ölkələri masa arxasında yerləşdirmək üçün onlarla başa düşdüyü dildə danışıblar və münasib həcmə salıblar. İran hakmiyyətinin davranışları da ona aparır. Problemin həlli cənubun müstəqilliyindən keçir...”.