• 26 Sentyabr 2022
logo
Çökən dünya düzəni: yeni savaş ocaqları və küçələrimizə döşənən "minalar"

Çökən dünya düzəni: yeni savaş ocaqları və küçələrimizə döşənən "minalar"

Sentyabrın 12-dən 13-nə keçən gecə erməni təxribatının qarşısını alan ordumuz mövqelərini daha da möhkəmləndirdi. Revanşist erməni qüvvələrinə sarsıdıcı zərbələr endirildi. Bu Fransa və ABŞ-ın təhriki ilə yenidən Azərbaycana qarşı baş qaldırmaq istəyən Ermənistana həm də öldürücü psixoloji zərbə oldu. Ciddi canlı qüvvə və hərbi texnika itkisinə məruz qalan Ermənistanın hələ uzun illər özünə gələ bilməyəcəyi və bu psixoloji sarsıntı ilə yüzillərlə yaşayacağı dəqiqdir.
Təbii ki, şəhidlərimiz oldu və öz canlarını vətən uğrunda fəda edən şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Amma bu uğurla yanaşı şəhidlər üzərində manipulyasiya ilə xalq arasında təxribatlara cəhdlər müşahidə etdik ki, bu da ölkəmiz və millətimiz adına ləkədir.
Bəzi siyasilərin Azərbaycanı lazımsız yerə şəhidlər verməkdə qınaması və bunun üzərindən “fəaliyyət” göstərməsi utancevrici addmdır. Bununla paralel olaraq xaricdə fəaliyyət göstərən bir qrup “bloger”in Azərbaycanı “təcavüz”də günahlandırmasının isə yalnız bir adı var – satqınlıq və vətənə xəyanət...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli öz facebook səhifəsində bir neçə diqqət çəkən ifadə işlədib.
1.İlham Əliyev axır ki, ABŞ-ın üçüncü vəzifəli şəxsi Nensi Pelosini Ermənistana gətirdi.
2.Dünyanın insan hüquqlarına az - çox dəyər verən tərəfi Ermənistana sahib çıxır.
3.İlham Əliyev isə bizi təkidlə avtoritar rejimlər və diktatorlar klubuna dartır. Putinin batmaqda olan gəmisinə mindirmək istəyir.
4.İlham Əliyevin bu yanlış siyasətini millət olaraq birgə səylərimizlə durdura bilməsək, bir də gözümüzü açacağıq ki, yoxsul, geridəqalmış, qəddar, xalqlarına düşmən kəsilmiş, həm də əsas dünyadan təcrid olunmuş, beynəlxalq sanksiyalar altında can verən rejimlərin klubundayıq.

Çökməkdə olan qlobal maliyyə imperiyası və kukla rolu

Doğrusu hakimiyyətə iddialı olan və təcrübəli bir siyasətçinin nə üçün bu cür “arqumentlər” səsləndirməi kifayət qədər düşündürücüdür. AXCP sədri ya dünyada nəyin baş verdiyinin fərqində deyil, ya da ki qərəzlidir. Hər iki halda dövlət maraqlarını hər şeydən öndə tutmaq məsuliyyəti daşımalı olan siyasətçinin bu yanaşması qəbuledilən deyil.
Əgər siyasətçi dünyada baş verənlərdən, geosiyasi mənzərədən xəbərsizdirsə, o zaman dövləti necə idarə edəcəyini siz düşünün. Yaxud qərəzlidirsə o zaman bu yanaşma onun milli maraqları korporativ maraqlara hər an qurban verməyə hazır oldğunun göstərir.
Eyni zamanda bu tezislərin bumeranq effekti verəcəyi və özünün reytinqini sıfıra endirəcəyi aydın məsələdir.
Ölkədə bəzən maraqlı proseslər müşahidə olunur, bəziləri həddindən artıq “NATO-çu” mövqeyindən çıxış edir, yaxud bilərəkdən və ya bilməyərəkdən, ya da aldığı təlimatlar səbəbindən çökməkdə olan qlobal maliyyə imperiyasının kuklası rolunu oynayır. Bununla da obyektiv təhlildən uzaq, məntiqsiz və heç bir əsası olmayan ifadələr səsləndirməklə xalqın narazı təbəqəsi üzərindən manipulyativ cədlər edir.

Yarımçıq arşın bizi hara apara bilər?

Bütün dünya artıq yüzillik bir dünya düzənini yıxıldığını, yeni geosiyasi mənzərənin formalaşdığını danışdığı halda bəzi siyasətçilər, eyni zamanda bir sıra “media təmsilçiləri” ictimaiyyəti yanlış yönləndirməyə cəhd edir, prosesləri anlamadan detallar üzərindən “təhlillər” aparır və utanmadan öz yarımçıq arşınları ilə dövlətə yön verməyə çalışırlar.
Birincisi bu gün dünyada iki qütbün savaşı gedir. Bir Bayden Amerikasının ipini əlində saxlayan və dünya hakimiyyətlərinin sonu yaxınlaşan qlobal sələmçilərin kuklaları ki, bura məsələn Avropada Fransa, Almaniya və.s kimi hökumətləri, eyni zamanda Zelenski və Paşinyan kimi kuklaları misal göstərmək olar. Paşinyanın hansı xətt hakimiyyətə gətirdiyi bəllidir və bu hazırda dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalara rəvac verməyi planlaşdıran sistemin bölgəmizdə yerləşdirdiyi minadır. O zaman Pelosi və onun kimilərin Ermənistana gələcəyi qeyri-adi hadisə deyil.

Dünya xərac sisteminə qarşı

Bu gün dünyanı xəraca bağlayaraq idarə edən şeytani sistemə qarşı qurulan yeni ittifaqın əsas mərkəzlərinən olan Asiya bölgəsində baş verən və baş verəcək münaqişələr təsadüfi deyil və hazırlanan senarinin bir hissəsidir.
ABŞ Ukraynada uduzur və bu konkret dəqiqləşəcəyi anda dünyanın müxtəlif bölgələrində münaqişələrin alovlandırlmasına cəhdlər müşahidə edəcəyik. Cənubi Qafqaz aydındır. Bundan başqa bölgməzidə yaranacaq ittifaqın (Avrasiya İtitfaqı yaxud adını nə qoyursa qoyaq) əngəllənməsi üçün açar bölgə olan Orta Asiyada Qazaxıstanda baş verən olayları təkrar müşahidə edə bilərik. Bundan başqa Qırğızıstanla Tacikistan arasındakı toqquşma təsadüfən baş vermir. Eyni zamanda Çin üçün Vyetnam minası, həmçinin Yunanıstan-Türkiyə arasındakı artıq kritik həddə olan gərginlik eyni mərkəzlərə bağlıdır.

Əli Kərimlinin “arqumenti” və batmaqda olan gəmi hansıdır?

Diktatorlar klubu adlandırılan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan və üzv olacaq dövlətlər əslində dünyanı yenidən şəkilləndirəcək bir ittifaqın təməllərini atırlar. AXCP sədrinin təbirincə desək bu diktatorlar klubunun təmsil etdiyi dövlətlər dünya iqtisadiyyatının hələ ki 30 faizini, dünya əhalisinin 40, dünya ərazisinin isə 60 faizini təşkil edir. Təsəvvür edirsinizmi, hansı miqyasda coğrafiya, insan və təbii resurslardan söhbət gedir?
AXCP sədrinin dünyanın 60 faiz coğrafiyasını əhatə edən bir bölgənin təcrid olunma “arqumenti”ni yəqin ki izah etməyə lüzum yoxdur. Yox əgər burada dünya sözünün əvvəlinə “əsas” sözünü artıraraq bunu ABŞ və Avropa ilə əlaqələndirirsə burada da məntiq suya düşür.
Birincisi dünya artıq ABŞ və Avropadan ibarət deyil. İkincisi ABŞ daxilində xarici siyasətlə bağlı ciddi fikir ayrılqları var. FED-in diktəsi ilə yürüdlən hazırki xarici siyasətin ölkə daxilində çox ciddi etirazlar doğurduğu dünya mediasında tez-tez yayımlanır. FED-in xərac sistemi çökür və beləliklə qarışılıqsız dollar istehsalçısı ABŞ-ı yaxın perspektiv üçün ciddi sosial problemlər gözləyir. Nəticədə 172 ölkədə hərbi baza saxlayan ABŞ bu potensialdan məhrum olaraq öz içinə qapanır.
Buna qarşı çıxan və zamanında Trampa ciddi dəstək verərək milli hökumət modelini dəstəkləyən qüvvələr, eyni zamanda silah sənaye kompleksi Bayden hökumətinə qarşıdır.
Bundan başqa ABŞ-da sürətli inflyasiya gedir ki, bunu federal hökumətin yanlış siyasəti ilə əlaqələndirən bəzi ştatların qanunverici orqanları, məsələn Texas və Kaliforniya artıq müstəqil qəraralar verməyə başlayıblar ki, bu da dünyaca məşhur dərgilər və ekspertlər tərəfindən ABŞ-ın bölünməsinin ilkin mərhələsi kimi xarakterizə olunur.

Dünyada planlaşdırılan yeni qanlı toqquşmalar

Təbii ki, ABŞ bunu çox gözəl bilir və dünyanı xəraca bağladığı petrodollar sisteminin çöküşü ilə dünya hegemoniyasının bitəcəyinin əndişəsi ilə aqressiv siyasət yürüdür ki, bu barədə dəfələrlə yazmışıq.
(https://www.xalqcebhesi.az/news/politics/112508.html?fbclid=IwAR2IQWH5QnnVqHNCNoaQfDlmui6qO_gUG1nhc3G_-rMalVG_IgT-L-Ko9Hc).
Nensi Pelsoinin Vyetnamda və Ermənitanda qızışdırıcı açıqlamaları təsadüf deyil.Hazırda Avropa İttifaqı Ukraynaya yardım məsələsində fikir ayrılıqları yaşayır və bir çox ölkələr yardımların dayandırlacağını bəyan ediblər. Belə olan halda ABŞ tələsik qərar qəbul edərək, Ukraynaya 950 milyon dollar yardım pakletini açıqladı. Bəzi ekspertlər düşünürlər ki,
ABŞ vəziyyəti lehinə dəyişmək üçün Krımı əsas hədəf kimi seçərək, onun azad olunması və bununla da Putin hakimiyyətinə zərbə vurmağa çalışır. Amma görünən odur ki, bu plan baş tutmayacaq. Və baş tutmayacağı halda Çin və Türkiyənin çevrəsində qanlı toqquşmaların alovlandırılmasına cəhdlər müşahidə edəcəyik.
Dünya üçün ssenari təkcə dövlətlərarası qanlı toqquşmalar, aclıq və digər fəlakətlərlə məhdudlaşmır. Unutmayaq ki, hədəf həm də küçələdir...

ABŞ-ın dünyaya yaydığı “demokratiya” və məsxərəyə qoyulan xalq

Bununla belə dünyada daha maraqlı proseslər də müşahidə olunur. “NATO-çu” fiqurlar diqqətə almalıdırlar ki, artıq dünyada BMT müstəvisində qurulan dövlətlərarası münasibətlər sistemi dağılıb. Bu isə ərazi bütövlüyü anlayışının mahiyyətini dəyişir və bu prosesi başladan “demokratiyanın beşiyi” adlandırdığınız ABŞ-dır. İlk olaraq ABŞ beynəlxlaq hüquqa tüpürərək İraqı, Liviyanı,Suriyanı yerlə yeksan etdi və “demokratik prinsipləri”ni ora daşıdı, “İnsan hüquqlarının aliliyini” bu ölkənin vətəndaşları üzərində bərqərar etdi. Bu səbəbdən də ABŞ-ın insan hüquqlarına hörmət edən və demokratik dəyərlər sisteminin mərkəzi kimi təqdim olunması insanların ağıl səviyyəsini məsxərəyə qoymaqdır.

“Əsas dünya”və onun dağılmış NATO-su

Yuxarıda sadalanan məsələlərdən nəticə çıxararaq “batan gəmi”nin “yelkənləri”ni görməmək istənilən siyasətçi, jurnalist, yaxud analitik üçün sadəcə ayıbdır. Gələk NATO məsələsinə.
NATO-nun doktrinasına görə, Rusiya düşmən ölkədir. NATO-nun ikinci ən güclü ordusu Türkiyədir. Bu gün NATO-nun ikinci ordusuna sahib olan Türkiyə NATO-nu düşməni Rusiya ilə tərəfdaşdır. Və nəinki Qərbə qarşı qurulan ittifaqın içərisində yer alır, eyni zamanda bu ittifaqın lokomativ ölkələrindən biridir. Hər bir dövlət, o cümlədən Azərbaycan mümkün qədər çökən sistemin dağıntıları altında qalmamağa, həmçinin böhranı öz lehinə çevirərək ərazi bütövlüyümüzü təmin etməyə və bu xaosdan az itki ilə çıxmağa çalışır. Burada milli birlik əsas faktorlardan biridir və bunu pozmağa çalışan istənilən şəxs-siyasətçi, məmur və.s tarixdə lənətlənən element olaraq qalacaq.
Bu gün NATO-nun birinci ölkəsi ABŞ, NATO-nun ikinci ölkəsi Türkiyəyə qarşı bölücü terror təşkilatlarına qarşı milyardlarla dollar dəyərində silah yardımı edir ki, bu Türkiyəyə hücum hazırlığıdır. NATO-nun birinci ölkəsi bununla da kifayətlənmir. Eyni zamanda BMT qərarlarına burada da tüpürərərk beynəlxalq razılaşmaya görə, silahlandırılması yasaq olan Yunanıstan adalarında hərbi bazalar qurur. Həmçinin yunan Kiprində də hərbi bazalar quraraq, ora sursat daşıyır. Bununla da qardaş Türkiyənin 3 tərəfdən mühasirəyə alır. Yaxşı nə baş verir? Dünyanın “əsas” hisssəini təmsil edən ölkə öz hərbi blokunda yer alan Türkiyəyə qarşı bu həmlələri nə üçün edir? 400 milyard dollar xarici borcu olan və hərbçilərinin maaşının Almaniya ödədiyi daha bir NATO ölkəsi Yunanıstan dünyada ən dağıdıcı gücə sahib olan, eyni zamanda cəsurluğuna , nizam-intizam və praktiki döyüş qabiliyyətinə görə dünyada birinci yerə qoyulan NATO-nun ikinci dövləti Türkiyəyə qarşı hansı cəsarətlə təhdidedici bəyanatlar səsləndirir, qızışdırıcı addımlar atır?
Dünyada baş verən prosesləri diqqətlə izləmək və azacıq təhlil səviyyəsi kifayət edir ki, əslində nəyin baş verdiyini anlayasan. Bunu anlamamaq nəinki siyasətçiyə, eyni zamanda cəmiyyəti aydınlatma vəzifəsi daşıyan media mənsublarına belə yaraşmır. Ona görə də, Azərbaycanda bəzi “NATO-çu” siyasilərin, həmçinin onlara dəstək verən media mənsublarının və ictimai fəaliyyətlə məşğul olan şəxslərin bunları anlamaması, yaxud anlayaraq hansısa korporativ maraqlara görə, qərəz nümayiş etdirməsi, nəticədə cəmiyyəti aldatması, yanlış yönləndirməsi tarixi səhvdir və dövlət maraqlarının satılmasıdır...

Əli Zülfüqaroğlu