• 20 Aprel 2024
logo
Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edib

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edib - YENİLƏNİB-1 

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
***
16:13

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir - YENİLƏNİB
İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirilib.
Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.
***
15:58

Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI Sammiti öz işinə başlayıb.
Sammitdə Xəzər “beşliyi”nin liderləri - Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti İbrahim Rəisi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin iştirak edir.
Dövlət başçıları Xəzəryanı ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Eyni zamanda, liderlər qarşılıqlı maraq doğuran beynəlxalq və regional gündəliyin aktual problemləri barəsində fikir mübadiləsi aparacaq.
VI Sammit çərçivəsində Xəzəryanı dövlət başçılarının ikitərəfli danışıqları da nəzərdə tutulub.

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir - YENİLƏNİB Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir - YENİLƏNİB Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir - YENİLƏNİB Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir - YENİLƏNİB Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir - YENİLƏNİB