• 29 Mart 2024
logo
Dövlət başçısı: “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”

Dövlət başçısı: “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”

“Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”.
Bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib:
“İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər”.