• 24 Aprel 2024
logo
YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub

YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub - YENİLƏNİB

Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatlarına yeni sədrlər təyin olunub.
Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Deputatlar rayon təşkilatlarının yenidən sədr təyin olunmayıb. Beləliklə, Gəncə şəhər təşkilatında deputat Naqif Həmzəyevi Ramil Orucov, Ağdaş rayon təşkilatında Cavid Osmanovu Əlişah Rəcəbov əvəzləyib.
***
saat 16.21

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.
Videokonfrans formatında keçirilən iclasa YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sədrlik edir.
İclasda YAP rayon təşkilatlarına sədr təyinatı məsələsi müzakirə olunur.
Qeyd edək ki, YAP İdarə Heyətinin 10 sentyabr 2021 tarixdə keçirilən iclasında partiyanın Bakı rayon təşkilatlarına yeni sədrlər təyin olunub. YAP İdarə Heyətinin bu gün keçirilən iclasında isə digər rayon təşkilatlarına sədr təyinatı məsələsi həllini tapacaq.