• 20 Yanvar 2022
logo
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib

Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib

Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, mina xəritələri aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfinə verilib.
“Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə erməni əsilli 10 hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.