• 8 Dekabr 2021
logo
Azay Quliyev Yunanıstanın daxili işlər və miqrasiya və əmək nazirləri ilə görüşüb

Azay Quliyev Yunanıstanın daxili işlər və miqrasiya və əmək nazirləri ilə görüşüb

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Yunanıstanda parlament, hökumət və siyasi partiyalarla silsilə görüşlər keçirib.
ATƏT PA-nın rəsmi saytının verdiyi məlumata görə, A. Quliyev noyabrın 23 və 24-də Yunanıstanın daxili işlər naziri Makis Voridis, miqrasiya və əmək naziri Notis Mitraçıs, Parlamentin vitse-spikeri Karalamros Atanasios, Baş nazirin xüsusi nümayəndəsi Konstantin Karidis, xarici işlər nazirliyinin baş katibi Temistoklis Demiris, əsas müxalifət partiyasının nümayəndəsi və sabiq xarici işlər naziri Corc Katrigalos və digər rəsmi şəxslərlə keçirdiyi görüşdə regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
Görüşlərdə həmçinin Qərbi Balkanlarda yaşanan son gərginlik, Yunanıstanda gələcək seçkilər, regional əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Afina ilə Skopya arasında Şimali Makedoniyanın ad məsələsinin danışıqlar yolu ilə həlli təqdir olunub, region ölkələrinin Avropa İttifaqına üzvlüyünün bu bölgənin gələcək inkişafı üçün zəmanət ola biləcəyi vurğulanıb. A. Quliyev Bosniya və Hersoqovinada artan gərginlik fonunda bölgə ölkələrinin daha yaxından əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıb və 2023-cü ildə Şimali Makedoniyanın ATƏT-ə sədrlik etməsinin Qərbi Balkanlarda problemlərin effektiv həlli baxımından yeni imkanlar yaratdığını bildirib.
ATƏT PA-nın Xüsusi nümayəndəsi Miqrasiya və əmək naziri ilə noyabrın 24-də keçirdiyi görüşdə miqrasiya sahəsində ATƏT PA ilə əməkdaşlığın dərinləşdirilməsi ətraflı müzakirə olunub. A. Quliyev nazirlər, parlament nümayəndələri və müxalifət partiyası ilə keçirdiyi görüşdə Yunanıstanda insan hüquqları, mətbuat azadlığı və qanunun aliliyi məsələləri, son vaxtlar bu sahədə yaşanan problemləri və məhdudiyyətləri ətraflı müzakirə edib, bu problemlərin həllində ATƏT PA-nın dəstəyini və iştirakını təklif edib.