• 29 Mart 2024
logo
Şəhid Rəfiyev Ülvi Rəfail oğlunun anım günü qeyd olunub

Şəhid Rəfiyev Ülvi Rəfail oğlunun anım günü qeyd olunub

Oktyabrın 25-də şəhid Rəfiyev Ülvi Rəfail oğlunun anım günündə Dədə Qorqud Şəhidliyində məzarı zayarət olunub, xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib. Şəhidin ruhuna dualar oxunub, məzarı və abidə kompleksinin qarşısına əklil qoyulub, tər gül-çiçək dəstələri düzülüb.
Anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xalq artisti Əli Nur, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhidin ailəsinə bir daha başsağlığı verərək onlara Allahdan səbr dilədi. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açdı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirdi. Rafiq Quluyev, həmçinin dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha şəhidin valideynlərinə təşəkkür etdi. Diqqətə çatdırdı ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.
Mərasimdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirdi ki, biz şəhidlərimizin Azərbaycanın qəhrəmanlıq tarixində müqəddəs bir rol oynadıqlarının şahidləri kimi onları daim minnətdarlıq hiss ilə anacaq və işıqlı əməllərini qəlbimizdə əbədi yaşadacağıq.
Şəhidin ailə üzvləri, yaxınları çıxış edərək xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.