• 4 Fevral 2023
logo
Cəmiyyətin və əmək bazarının tələbinə uyğun peşə təhsilli kadr və mütəxəssis hazırlığının əhəmiyyəti müzakirə olunub

Cəmiyyətin və əmək bazarının tələbinə uyğun peşə təhsilli kadr və mütəxəssis hazırlığının əhəmiyyəti müzakirə olunub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən “Qarabağda və işğaldan azad edilmiş rayonlarda yaşayacaq gəncləri peşə təhsilinə təşviq etməyin əhəmiyyəti” adlı layihənin təlimləri uğurla keçirilir. Layihə Qarabağa və işğaldan azad edilmiş digər rayonlara qayıdacaq gənclərin peşə təhsilinə cəlb edilməsinin əhəmiyyətini hədəf kimi müəyyən edib. İctimai birlikdən bildirilib ki, təlimlərdə aidiyyəti qurumların nümayəndələri, peşə təhsili üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər, özəl sektorun nümayəndələri, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.
Təlimdə çıxış edən Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin sədri Cavidan Ağazadə layihənin əhəmiyyətini qeyd edib. Eyni zamanda o, qeyd edib ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalaması ölkəmizin həyatında baş verən tarixi hadisələrdən biri oldu. Tariximizdə, mədəniyyətimizdə xüsusi yeri olan Şuşada və azad edilmiş digər yerlərdə 2022-ci ildə yeni infrastrukturun qurulması, vətəndaşlarımızın azad ounmuş əraqzilərə geri dönüşünü təmin etmək üçün işlər sürətlə davam etdirilir. O, qeyd edib ki, cənab Prezident İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına” çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Davamlı inkişaf strategiyası ölkənin bu gününə, gələcəyinə və dünyanın qorunmasına istiqamətlənməlidir. Qeyd edib ki, məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartlarının, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsidır. Vətəndaş cəmiyyəti olaraq bizdə prosesin nəticə yönümlü olmasına çalışmalıyıq. Qarabağın dirçəlişi hər birimizin əsas fəaliyyət sahəmiz olmalıdır deyə sədr qeyd edib.
Təlimlərdə ekspertlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İntellektual sistemlərin idarəedilməsi kafedrasının müdiri dosent Elvin Əzizbəyli, Dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyaları kafedrasının dosenti Elçin Abasov, Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev, İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin müdiri Səxranbəy Xudiyev, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev, Politologiya və siyasi idarəetmə kafedrasının müəllimi Zaur Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Yusif Ağayev, Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi kafedrasının dosenti Elşan Əhmədov, Miraqil Seyidzadə, Sosial və iqtisadi araşdırmalar ictimai birliyinin sədri Eyyub Kərimli, gənc tədqiqatçı Rafiq İbrahimov, Agro konsultasiya mərkəzinin icraçı direktoru Raya Ağazadə, Cavi Digital Compani MMC-nin idarə heyətinin üzvü İbrahim Əliyev, peşə təhsili üzrə təlimçi Əliyar Musayev və digərləri çıxış ediblər. Təlimlərdə çıxış edənlər insan inkişafı baxımından peşə seçiminin təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıdığını bildirib, yalnız innovativ, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələrin uğur əldə edə biləcəklərini qeyd ediblər. Təlimlərdə ali və peşə təhsili üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan təlimçi və ekspertlər çıxışlarında peşə təhsilinin konsepsiyası və prinsiplərinin təşviq olunmasını vacib hesab ediblər. Peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması məsələləri müzakirə olunub.
Təlimlər qarşılıqlı fikir mübadiləsi ilə keçib. Təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.