• 28 Mart 2024
logo
Dövlət büdcəsinin xərcləri 11,6% artıb

Dövlət büdcəsinin xərcləri 11,6% artıb

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 11,6% artaraq 12936,6 mln. manat olub.
Bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət bedcəsinin icrasına dair yarımillik məlumatda əksini tapıb.
Qeyd edilib ki, bu, dövr üçün müəyyənləşdirilmiş proqnozun 100,6%-ni, yenidən baxılmış göstəricinin 40,0%-ni təşkil edir. Dövlət büdcəsinin son illər üzrə icra vəziyyəti (96%), eləcə də yenidən baxılma zamanı edilmiş əlavə artımlar (2,4 mlrd. manat) diqqətə alınaraq il sonunda xərclərin icra faizinin əvvəlki illər üzrə qeydə alınmış icra səviyyəsinin ətrafında olacağı qənaətinə gəlinir.