• 25 Aprel 2024
logo
Samir Şərifov: "Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini ən çox region ölkələri hiss edib"

Samir Şərifov: "Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini ən çox region ölkələri hiss edib"

Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini ən çox region ölkələri hiss edib.
Bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik toplantısında maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Qara Dəniz ətrafında baş verənlər əsasən ərzaq məhsullarının daşınması ilə bağlı problemlər yaradıb: "Bu isə ümumilikdə qlobal ərzaq təhlükəsliyini təhdid edir. Təəssüf ki, müharibə hələ bitməyib və geopolitik gərginliyin region üzrə nəticələri məlum deyil".