• 28 May 2022
logo
Dövlət büdcəsinin icrası barədə Hesablama Palatasına məlumat təqdim edilməsi qaydası dəyişir

Dövlət büdcəsinin icrası barədə Hesablama Palatasına məlumat təqdim edilməsi qaydası dəyişir

Dövlət büdcəsinin icrası barədə Hesablama Palatasına məlumat təqdim edilməsi qaydası dəyişir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Büdcə sistemi haqqında”qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən yarımillik və illik dövriliklə Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim ediləcək.
Qüvvədə olan qanuna əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim edilir.