• 26 Aprel 2024
logo
Gələn il dövlət büdcəsində yaranacaq kəsirin həcmi açıqlanıb

Gələn il dövlət büdcəsində yaranacaq kəsirin həcmi açıqlanıb

Azərbaycanın 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 26,816 mlrd. manat, xərcləri isə 29,879 mlrd. manat həcmində olacağı nəzərdə tutulur.
"APA-Economics"in Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununa istinadən verdiyi məlumat görə, mərkəzləşdirilmiş gəlirlər 25,874 mlrd. manat, yerli gəlirlər 941,503 mln. manat, mərkəzləşdirilimiş xərclər 28,900 mlrd. manat, yerli xərclər isə 978,959 mln. manat səviyyəsində təsdiq edilib.
Beləliklə, 2022-ci ilin dövlət büdcəsinin kəsiri 3,063 mlrd. manat səviyyəsində nəzərdə tutulur.