• 27 İyul 2024
logo
Bakıdakı Rus evində gitara musiqisi konserti olacaq

Bakıdakı Rus evində gitara musiqisi konserti olacaq

ekabrın 8-də Bakıdakı Rus evində keçiriləcək “Sehrli simlər” gitara musiqisi konserti möhtəşəm klassik musiqi əsərlərinin bu musiqi alətində necə gözəl səslənməsinin parlaq nümunəsi olacaq.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən Baymedia.az-a bildiriblər ki, konsert Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illiyi çərçivəsində təşkil olunacaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istedadlı tələbələri Raul Hüseynov və Tunar Vəlizadənin ifasında tamaşaçılara dünya klassiklərinin əsərləri və populyar melodiyalar təqdim ediləcək. Gənc ifaçılar dəfələrlə respublika və beynəlxalq müsabiqələrin qalibləri olublar. Elmar Sultanovun yetirmələri tamaşaçıları gözəl bayram konserti proqramı ilə sevindirəcəklər.

Tədbirə giriş sərbəstdir.