• 27 İyul 2024
logo
Qərbi Azərbaycanda tarixi qala dağıdılır

Qərbi Azərbaycanda tarixi qala dağıdılır

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərinin yaxınlığında yerləşən tarixi “Dəm-Dəm” qalasında qanunsuz qazıntı işləri aparılan zaman dinamitlərdən istifadə edilib.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Qazıntı işlərinin bir neçə nəfərdən ibarət tarixi əsər qaçaqmalçısı tərəfindən həyata keçirildiyi bildirilib.

Partlayıcı maddələrdən istifadə nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.

Eradan əvvəl 1-ci minilliyə aid olan “Dəm-Dəm” qalası Səfəvilər dövründə Əmirxan Bradot tərəfindən yenidən qurularaq istifadə edilib.

Hazırda baxımsız və qorunmasız qaldığı üçün tarixi abidənin çox hissəsi dağılıb.

Qeyd edək ki, bundan əvvəldə adı çəkilən tarixi qalada qanunsuz qazıntı işləri aparılıb.

Yerli mədəniyyət xadimlərinin qalanın bərpası və qorunması ilə bağlı əlaqədar dövlət qurummlarına müraciətləri cavabsız qalıb.