• 16 İyun 2024
logo
Fransa Fələstin dövlətinin tanınmasına qarşı çıxdı

Fransa Fələstin dövlətinin tanınmasına qarşı çıxdı

Fransa bu qərarın sülh prosesinə real təsir göstərəcəyinə inanmır.

Baymedia.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurne deyib.

“Mövqeyimiz aydındır. Fələstin dövlətinin tanınması Fransa üçün tabu deyil. Lakin bu qərar faydalı olmalıdır, yəni siyasi müstəvidə irəliyə doğru qəti addım atmağa imkan verməlidir. Fransa hesab etmir ki, bu qərarın sülh prosesinə real təsir göstərməsi üçün şərtlər formalaşıb”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Norveç, İspaniya və İrlandiya Fələstin dövlətini tanıdıqlarını 28 may tarixində elan edəcəklərini açıqlayıblar.