• 19 May 2024
logo
Konfrans Liqası: Bu gün ilk finalçı bəlli olacaq

Konfrans Liqası: Bu gün ilk finalçı bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında ilk finalçının adına aydınlıq gətiriləcək.

Baymedia.az xəbər verir ki, “Klub Brügge” doğma meydanda İtaliyanın “Fiorentina”sını qəbul edəcək.

İlk oyunda 3:2 hesabı ilə qalib gələn italiyalılar səfər matçında da azarkeşlərinin etimadını doğrultmağa çalışacaqlar.

UEFA Konfrans Liqası

8 may

Saat 20:45. “Klub Brügge” - “Fiorentina”

Stadion: “Jan Breydel Stadion” (Brügge)

Baş hakim: Halil Umut Meler