• 27 İyul 2024
logo
Fateh Terimi "Panatinaikos"dan qovdular

Fateh Terimi "Panatinaikos"dan qovdular

"Panatinaikos" baş məşqçi Fateh Terimlə yollarını ayırıb.

Baymedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə türkiyəli futbol mütəxəssisi özü açıqlama verib.

“Ötən axşam klub prezidenti Giannis Alafouzos ilə görüşdük və vəziyyəti dəyərləndirdik. Müzakirələr nəticəsində 2024-2025-ci mövsümü üçün planlarımızın uyğun olmadığı qənaətinə gəldik”, - Terim bildirib.

Qeyd edək ki, F. Terim ötən ilin dekabr ayında klubla 1,5 illik müqavilə imzalamışdı. "Panatinaikos"un baş məşqçisi qismində 26 rəsmi oyuna çıxan F. Terim bu müddət ərzində 14 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətə imza atıb.